Dekabrın 16-dək seçki bülletenlərinin çapı başa ÇATACAQ

 16:53 11.12.2019     265

"Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5020280 seçki büllteninin böyük əksəriyyəti çap olunub".

Bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.

MSK sədrinin müavini bildirib ki, dekabrın 16-dək çap prosesinə yekun vurulması nəzərdə tutulub: “Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.

Qeyd edək ki, sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.//Apa.az