Bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq

 17:02 11.12.2019     199

"Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar olaraq bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq".

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, yeni şəxsiyyət vəsiqələrinin verilməsinə 2018-ci ilin sentyabrından başlanılıb: “Həmin şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin ediləcək. Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.//Apa.az