Sabunçuda mağazanın seyfindən 1000 manat pul oğurlanıb

 12:38 14.12.2019     304

Xəzər rayonunun Qala qəsəbəsi ərazisindəki mağazalardan birinin seyfindən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, hadisə dekabrın 12-də baş verib.

Qala qəsəbəsi ərazisindəki mağazaların birindən seyfdən 1000 manat pulun oğurlanması barədə 1-ci Polis Şöbəsinə müraciət daxil olub. 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.İsmayılov saxlanılıb.