Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb

 13:00 14.12.2019     323

Bakıda 4 evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 14.920 manat pul, 11.200 manat dəyərində qızıl-zinət əşyaları və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Namazov saxlanılıb.