Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

 13:51 14.12.2019     612

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O. Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 13-də orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.