Goranboyda iki avtomobil toqquşub, yaralananlar var

 14:47 14.12.2019     262

Goranboyda yol qəzası olub.

Redaktor.az-ın apa-ya istinadən məlumatına görə, hadisə Goranboy şəhərində mərkəzi küçələrdən birində baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində biri yüngül olmaqla iki nəfər müxtəlif dərəcəli bədən  xəsarətləri alıb. Hadisə zamanı daha ağır xəsarət alan 1971-ci il təvəllüdlü rayon sakini Azad Nuriyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.