"Yanğın olan əraziyə 17 yanğınsöndürən maşını cəlb olunub, xəsarət alan yoxdur" - Qərargah rəisi

 20:37 14.12.2019     565

"3-cü mikrorayon bazarı"nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib".

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.

Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.