Bakıda bu ərazidə elektrik təchizatı dayandırıldı

 21:04 14.12.2019     364


“Azərişıq" ASC-i Bakı şəhərinın Nəsimi rayonu ərazisində yerləşən və 3-cü mikrorayon bazarı kimi tanınan ərazidə elektrik təchizatını dayandırıb.

Bu barədə Redaktor.az-a “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O, qeyd edib ki, əraziyə elektrik enerjisinin verilişi dayandırılıb:

“Baş verən yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında sözügedən ərazidə elektrik təchizatı dayandırılıb”.

Xatırladaq ki, 3-cü mikrorayon bazarı kimi tanınan ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürən avtomobillər və canlı qüvvə cəlb edilib.

FHN-nin bu dəqiqəyə olan məlumatına görə, yanğın artıq söndürülüb.