Türkiyədə bədbəxt hadisə: Azərbaycanlı tələbə öldü...
Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.
Redaktor.az-ın report-a istinadən məlumatına görə, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib.
Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.