Bakıda ana və qızın başının kəsildiyi evin görüntü: Qapıda ayaq izi var, hadisə kameraya düşüb - VİDEO

 10:27 15.12.2019     500

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mənzildə üzərlərində çoxsaylı kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətləri olan meyitlərinin  tapılması  barədə  məlumat  vermişdik.

Redaktor.az Oxu24.com-a istinadla   xəbər   verir  ki,  hadisənin  bəzi  təfərrüatı  məlum  olub.

Ana  və qızın kirayə  qaldığı  evdə   başqa  bir  qız  da  qalırmış. Hadisə  baş  verməzdən  bir  müddət  öncə  həmin qız  sevgilisi ilə  evi  tərk  edib.

Hadisə  baş  verən  yerdən  görüntülər   yayılıb.  Qapıda  ayaq   izi   görüntülənib.  Qonşular  da hadisə  barədə  danışıb.

Dəhşətli  hadisənin  baş  verdiyi  ərazidən  reportajı  təqdim  edirik: