MSK bələdiyyə seçkilərinə yekun vurmağa hazırlaşır

 17:30 09.01.2020     641

“Bələdiyyə seçkiləri ilə bağlı artıq Mərkəzi Seçki Komissiyasına daxil olmuş və baxılmamış müraciət qalmayıb”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, müraciət qalmayıbsa, artıq MSK növbəti iclasda bələdiyyə seçkilərinə yekun vurulması məsələsinə baxa bilər.//Apa.az