Sürücü həmyerlisini vuraraq öldürüb

 16:07 14.01.2020     835

Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, yanvarın 13-də saat 7 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində qəsəbə sakini Namiq Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən həmyerlisi Hidayət Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.