Azərbaycanda şagird qızdırmadan öldü

 16:15 14.01.2020     1039

10 yaşlı uşaq Bakıya aparılarkən yolda vəfat edib.

Bu barədə Redaktor.az -a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, 11 yanvar 2020-ci ildə, saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən Rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib.

Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. 12 yanvar 2020-ci ildə saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən