Xızıda qarlı yolda qalan avtomobilin sürücüsü XİLAS EDİLDİ

Xızıda avtomobil qarlı yolda qalıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Xızı rayonunda “INFINITI” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərə köməklik göstərilib.