Astarada ərzaq anbarı YANDI

 17:30 14.01.2020     1220

Astarada yanğın baş verib.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, rayonda ümumi sahəsi 612 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ərzaq malları 70 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.