Göyçay sakininin evindən qumbara TAPILDI

 18:15 15.01.2020     163

Göyçay sakinin evindən patron və qumbara aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayazı kənd sakini Ə.Cabbarovun evindən 654 ədəd müxtəlif çaplı patron, 1 ədəd fişəng, 1 ədəd “RQD-5” markalı və 1 ədəd “F-1” markalı qumbara aşkar edilərək götürülüb.

Bundan başqa Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayon sakini T.Kərimovdan müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.