Cəbhə bölgəsində silah-sursat tapılıb

 21:27 15.01.2020     418

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Redaktor.az-ın məlumatına görə, Qaradağlı kəndi ərazisindəki boş sahədən 1 ədəd təklüləli ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş “Makarov” tapançası, 52 ədəd pulemyot patronları, 3 ədəd boş giliz və 1 ədəd kiçik fişəngatan aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.