Qaxda 3 nəfər qazdan zəhərlənib

 23:15 15.01.2020     1792

Qaxda üç nəfər təbii qazdan zəhərlənib.

Redaktor.az-ın məlumatına görə, bu gün axşam saatlarında rayonun Əlibəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Tatiya Riyadovna Barixaşvili, 2007-ci il təvəllüdlü Levani Qiyabiroviç Aslamazaşvili və 1985-ci il təvəllüdlü Natiya Vardovna Qasviyaşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı hər üç şəxsin Levani Aslamazaşvilinin yaşadığı evin mətbəxində təbii qazdan zəhərləndiyi məlum olub.

Məlumatda bildirilir ki, zəhərlənənlərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. (APA)