Cəlilabadda 45 yaşlı piyadanı avtomobil vurub

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az -ın verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Yolu qarşı tərəfə keçən rayon sakini, 1975-ci il təvəllüdlü Qaraşov Asəf Poladxan oğlunu minik avtomobili vurub.
Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (Report.az)