BirBank vasitəsilə NFC ödənişlər etmək MÜMKÜN OLDU

 10:27 16.01.2020     221

Kapital Bank-ın BirBank mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verildi. Artıq istifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər.

Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bankın VISA kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər. Mobil tətbiq vasitəsilə təqdim olunan yeniliklər sırasında həmçinin virtual kart funksiyasını da qeyd etmək olar. Bu funksiya vasitəsilə istənilən BirBank istifadəçisi özünə kart yaradıb, müxtəlif ödənişlər həyata keçirə bilər.

Bütün bunlarla yanaşı BirBank tətbiqində bankomatdan QR kod vasitəsilə nağdılaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Həmçinin yeni xüsusi funksiya ilə tətbiqə əlavə olunan avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür. 

Qeyd edək ki, BirBank tətbiqini 1 milyon nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.