Bakıda insanlara hücum etdi, polis güllələdi - ANBAAN VİDEO

 12:15 16.01.2020     2511

Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda insanlara hücum edən dananı zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, hadisə Binəqədi Rayonunun Cəfər Xəndan küçəsində baş verib. Şahidlərin sözlərinə görə insanlara və avtomobillərə hücum çəkən dana polis tərəfindən güllələnib. 

Hadisə avtomobil yolunun ortasında baş verdiyi üçün nəqliyyatın hərəkətində qısa müddət sıxlıq yaranıb. Daha sonra dana ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib. //Yeniavaz.com