Gəncə icra başçısına birinci müavin TƏYİN EDİLDİ

 13:15 16.01.2020     497

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində yeni təyinat olub.

Redaktor.az-ın məlumatına görə, bu vəzifəyə Səməd Tomuyev təyin edilib. S.Tomuyev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətində sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində Elnur Rzayev çalışıb.

Elnur Rzayev bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.//Apa.az