İKZF mənzil fondu YARADIB

 13:37 16.01.2020     1273

Ötən il ərzində Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədilə hazırlıq işləri çərçivəsində mənzil fondu yaradılıb.

Fonddan Redaktor.az-a verilən məlumata görə, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.

Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara "ASAN xidmət" mərkəzləri vasitəsilə xidmət göstəriləcək.