Azərbaycan ixracın təşviqinə ötən il 9 mln. manat xərcləyib

 14:45 16.01.2020     221

2019-cu ildə "Made in Azerbaijan" brendinin tanıtmağı məqsədilə 11 beynəlxalq sərgilərdə vahid ölkə stendi, 9 ixrac missiyası təşkil olunub.

Redaktor.az-ın məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, ötən il ərzində ixracın təşviqinə 9 mln. manata yaxın vəsait ödənilib: "Həmin ödənilən məbləğ sayəsində 150 mln. ABŞ dollarından artıq məhsulların ixracı stimullaşdırılıb", - deyə Y. Abdullayev qeyd edib.//Apa.az