Bakı dünyanın ən gözəl şəhərləri arasında — SİYAHI

Küveytdə böyük oxucu auditoriyasına malik və gündəlik ərəb dilində nəşr olunan “Əl-Qabas” qəzetində “Lonely Planet” saytına istinadən “2020-ci ildə dünyada istirahət üçün 10 ən gözəl yer” sərlövhəli məlumat dərc olunub.
Redaktor.az xəbər verir ki, Azərbaycanın Küveytdəki səfirliyindən bildirilib ki, məlumatda “Lonely Planet”in 15-ci təsnifatında 2020-ci ildə turistlərin sərfəli qiymətlər və gözəllik baxımından səfər edəcəkləri dünyanın 10 ən gözəl şəhərləri arasında paytaxtımız Bakı şəhəri 5-ci yerdə qeyd olunub. (AzərTac)
