Bakıda 71 yaşlı qadın dəm qazından ÖLÜB

 17:00 17.01.2020     480

Bakıda evdə meyit tapılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayon sakini, 1949-cu il təvəllüdlü Əliyeva Fatmaxanım İsgəndər qızının meyiti yaşadığı evin hamamında tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun dəm qazından öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.//Apa.az