Avtomobilin vurduğu piyada xəsarət alıb - XIRDALAN

 22:45 17.01.2020     582

Abşeronda gənc oğlanı avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Heydər Əliyev prospektində yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Kazımov Sədrəddin Tahir oğlunu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona sağ budun və çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)