Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ö ÖLDÜ

 14:07 18.01.2020     429

Bakıda ölüm hadisəsi baş verib. 

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-cı il təvəllüdlü Məmmədova Lətifə Tarverdi qızının meyiti yaşadığı evdə aşkarlanıb. 

Meyitin ilkin müayinəsi zamanı L.Məmmədovanın dəm qazından boğularaq öldüyü məlum olub. 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.//Apa.az