Bakıda 31 yaşlı kişi narkotikdən zəhərlənərək ölüb

 17:14 18.01.2020     547

Bakıda küçədə meyit tapılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, rayon sakini, 1989-cu il təvəllüdlü Əsgərov Ədalət Hacıbaba oğlu olması müəyyən edilib. 

Meyitin ilkin müayinəsi zamanı Ə. Əsgərovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.