Gəmilər, avtomobillər və qatarlar səs siqnalları verib

 13:26 20.01.2020     752

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bu gün saat 12:00-da Azərbaycanın bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Redaktor.az-ın məlumatına görə, gəmilər, avtomobillər, qatarlar, metro qatarları bununla əlaqədar səs siqnalları verib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. //APA