Bakıda mənzildə 84 yaşlı kişinin meyiti aşkarlanıb - FHN

 20:09 20.01.2020     532

Bakıda mənzildə meyit aşkarlanıb.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Qurbanov Nəbi Niftəli oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.