Ər arvadı bıçaqlayıb - ABŞERON

 22:45 20.01.2020     596

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Əliyeva Gülgəz Qurban qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qırtlağın kəsilmiş yarası diaqnozu qoyulub. (Report.az)