Paytaxtda minik avtomobili yanıb - FHN

 00:53 21.01.2020     512

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində "VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə. qaraj və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.