Deputatlığa ən çox namizədin qeydə alındığı DAİRƏLƏR

 12:23 24.01.2020     485

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqdədar deputatlığa ən çox və ən az namizədin qeydə alındığı dairələr məlum olub.

Redaktor.az-ın Mərkəzi Seçki Komissiyasının saytına istinadən məlumatına görə, ən çox namizəd 16 saylı Yasamal İkinci Seçki Dairəsində qeydə alınıb. 

Belə ki, bu dairədən deputatlığa namizədliyi qeydə alınan 25 nəfər var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan seçki dairələrindədir.

Bu dairələrin hər birində 3 deputatlığa namizəd qeydə alınıb.