Gəncədə iki nəfər dəm qazından ZƏHƏRLƏNDİ

 12:37 24.01.2020     535

Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Redaktor.az-ın məlumatına görə, Gəncə sakini, 2002-ci il təvəllüdlü Atayev Seymur Hidayət oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. S. Atayev Gəncə Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər hadisə isə şəhərin "Yeni Gəncə" adlanan ərazisində qeydə alınıb. 1968-ci il təvəllüdlü Ələkbərova Durna dəm qazı zəhərlənməsi ilə xəstəxanaya çatdırılıb.//Apa.az