Bakı sakinindən 2,5 kq heroin GÖTÜRÜLDÜ

 12:45 24.01.2020     515

Bakıda 2 kq-dan çox heroin dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş T.Əhmədovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Ümid qəsəbəsi ərazisində gizlətdiyi 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.