UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

 13:15 24.01.2020     626

Yanvarın 29-da Parisdə UNESCO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq. 

Bu barədə Redaktor.az-a Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək. 

Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub. 

Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib. 

Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.