Nazir aşkar olunan nöqsanlarla bağlı TAPŞIRIQ VERDİ

 16:23 24.01.2020     934

Təhsil naziri Ceyhun Bayramov Salyan şəhər 2 nömrəli  tam orta məktəbdə olub. 

Nazirlikdən Redaktor.az-a verilən məlumata görə, C.Bayramov məktəbin müəllim və şagird kollektivi ilə görüşüb,  eyni zamanda təhsil ocağının ümumi şəraiti, dərs otaqları, idman zalı və yeməkxanası ilə tanış olub.

Təhsil naziri şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb, həmçinin təhsil ocağında aşkar olunan bir sıra nöqsanlarla bağlı tapşırıqlarını verib.