Tikinti ərazisindəki müxtəlif cinsli 7 ağac başqa yerə köçürülüb

 18:45 24.01.2020     821

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirlikdən Redaktor.az-a bildirilib ki, araşdırma zamanı ərazidə ağac kəsintisi faktının olmadığı məlum olub.

ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb.