Gənc elektrik mişarı ilə barmaqlarını kəsib - Şəki

 22:15 24.01.2020     460

Şəki rayonunda iş görən şəxs etiyatsızlıqdan xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Oxud kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Məmmədov Toğrul Sahib oğlu həyətdə iş görmək istəyən zaman ehtiyatsızlıqdan elektrik mişarı ilə sol əlinin üç barmağının üst hissəsini kəsib. 

Yaralı Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona yardım göstərilib. M. Toğrulun kəsilmiş barmaqlarına tikiş qoyulub. (Report.az)