Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

 23:15 24.01.2020     400

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən  “Hyundai” markalı avtomobillə toqquşub. 

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. (APA)