Tovuzda yol qəzası, 4 nəfər xəsarət alıb - FOTO

 00:19 25.01.2020     519

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxanı kəndində qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 4 nəfər – 1965-ci il təvəllüdlü Düz Xırdaxan kənd sakini Hümbətova Gülbəniz Mahal qızı ,1954-cü il təvəllüdlü Düz Cırdaxan Kənd sakini Hümbətov Çingiz İsgəndər oğlu ,1992-ci il təvəllüdlü Cəli kənd sakini Əhmədov Tacəddin Leysan oğlu və 1993-cü il təvəllüdlü Allahverdiyev Gündüz Çingiz oğlu xəsarət alıb.

Yaralıların vəziyyətinin kafi olduğu bildilir. 

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)