Naftalan sakini qidadan zəhərlənərək ÖLDÜ

 09:45 25.01.2020     432

Naftalan sakini qidadan zəhərlənərək ölüb.

Redaktor.az-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Naftalan şəhər sakini Xəyalə İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, X. İsmayılova kolbasadan zəhərlənib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.//Apa.az