Bakıda 63 yaşlı kişi İTKİN DÜŞDÜ

 12:00 25.01.2020     501

Bakıda 63 yaşlı kişi itkin düşüb.

Redaktor.az-ın məlumatına görə, dünən saat 16:00 radələrində 1957-ci il təvəllüdlü Xalıqov Hidayət Ədalət oğlu müalicə aldığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin çıxıb gedib və bir daha geri qayıtmayıb.

Məsələ ilə bağlı polisə itkin düşən şəxsin yaxını məlumat verib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.//Apa.az