Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur

 14:30 25.01.2020     589

“Türkiyənin ərazisi seysmik baxımdan çox aktiv bölgədir. Orada bir sıra aktiv qırılmalar var. Axırıncı baş verən zəlzələlər də ərazidə aktivliyin yüksək olduğunu göstərdi”.

Redaktor.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri  Vüsalə Rafiqqızı bildirib.

Onun sözlərinə görə, bu zəlzələlərin Azərbaycana heç bir təsiri yoxdur.

“Azərbaycan ərazisi də seysmik bölgədə yerləşir. Lakin bizim ərazimizdəki qırılmaların nə Türkiyə, nə də digər qonşu ölkələrlə əlaqəsi yoxdur. Seysmik bölgələrdə vaxtaşırı hiss olunan və ya hiss olunmayan təkanlar baş verir. Lakin zəlzələnin dəqiq proqnozu olmadığına görə birmənalı şəkildə heç kim zəlzələ olacaq və ya olmayacaq tipli proqnoz verə bilməz”, - deyə o qeyd edib.//Apa.az