Bakıda mənzildə kişi meyiti aşkarlanıb

 16:30 25.01.2020     667

Bakıda mənzildə meyit aşkarlanıb.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadəın verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1983-cü il təvəllüdlü Tomayev Renat Kolbekoviçin meyitini aşkarlayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.