Cəlilabadda qanunsuz silah aşkarlanıb

 16:00 25.01.2020     355

Cəlilabadda qanunsuz silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Günəşli kəndi ərazisində qanunsuz ov edən kənd sakini Ş. Hüseynov saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.