Bakıda iki avtomobil oğurlanıb

 17:15 25.01.2020     703

Bakıda iki avtomobil oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Bağırova məxsus “TOFAŞ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qurbanov saxlanılıb.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Tinatiyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N. Stepanov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.