DİQQƏT: Bakıda bu məhsullar bahalaşdı

 15:15 08.02.2020     919

2019-cu ilin dekabrında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri noyabr ayına nisbətən 0,4 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,8 faiz bahalaşıb.

Bakı Şəhər Statistika İdarəsindən Redaktor.az-a verilən məlumata görə, dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri noyabr ayına nisbətən 0,7 faiz, yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3 faiz bahalaşıb.

Dekabrda qeyri-ərzaq məhsullarının qiymətlərində noyabr ayına nisbətən 0,2 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,6 faiz bahalaşma qeydə alınıb. Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində noyabr ayına nisbətən 0,1 faiz, 2019-cu ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 3,4 faiz bahalaşma olub.