Saatlıda 70 yaşlı qadın zəhərləndi

 23:57 12.02.2020     720

Saatlıda zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb.

Kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəyeva Yazgül İnsafəli qızı ehtiyatsızlıqdan kimyəvi məhlul (“neafton”) içib. Çox keçmədən onun vəziyyəti pisləşib. Yaşlı qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Y.Mirzəyevanın vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Report.az